Sabiq nazir Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri oldu

20.11.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

Bildirilib ki, İlhamə Abdullayeva isə vəzifəsindən azad edilərək MÜTDA-da şöbə müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir neçə ay əvvəl Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью