Missiya.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2016-cı ilin aprelində Azərbaycan ordusu işğal altındakı əraziləri azad etməyə başlayanda ölkəmizə qarşı təzyiqlər artdı. İlk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri bizə zəng edərək döyüşləri dayandırmağı tələb edirdilər”.
Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov “İTV”-də yayımlanan “Təmas xətti” sənədli filmində məlumat verib.
O bildirib ki, həmsədrlərin ardınca isə Fransa və ABŞ-nin xarici işlər nazirləri zəng edərək, müharibəni dayandırmaqla bağlı bizə təzyiq göstərdilər. Ən böyük təzyiqi isə ABŞ göstərirdi.
“Onlar gecə-gündüz durmadan zəng vuraraq bildirirdilər ki, siz müharibəni başlada bilmərsiz və azad etdiyiniz kəndləri Ermənistana geri qaytarmalısınız. Mən isə onlara dedim ki, həmin ərazilər Azərbaycan torpaqlarıdır”, - deyə sabiq nazir vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az