Sabiq nazir Axundi: İranda milli dövlət olmadığı üçün danışıqlar aparmaq istəmirlər

27.10.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

 “Regionda İranın kimliyini aradan qaldırmaqla daxildə yadlaşma yaratdıq. Biz şiə ölkəsi olduğumuzu və bu şərtlər altında İslam dünyasına liderlik etməyə çalışdığımızı bəyan etdik ki, bu, əlçatmaz bir məqsəd və reallığa zidd idi”. 
Ölkə.az İRNA-ya istinadən xəbər verir ki, bunu  İranın keçmiş yol və şəhərsalma naziri Abbas Əhməd Axundi Tehranda İran Araşdırmaları İnstitutunun Yaxın Şərq Tədqiqatları İnstitutunun təşəbbüsü ilə keçirilən “İran, xarici əlaqələr və regional siyasət”  mövzusunda keçirilən toplantıda deyib.
“Çünki İslam dünyasının əksəriyyətinin bizimlə tarixi problemləri var idi. Bu gün baş verən bu yadlaşma xarici qüvvələrin daxili səhvlərdən sui-istifadə etməsinin və onlara güvənməsinin nəticəsidir”, - sabiq nazir qeyd edib.
O əlavə edib ki,  qlobal miqyasda diqqət hazırda  regiona yönəlib. “Region ölkələri üçün əsas sual odur ki, İranla danışıqlar apararkən milli dövlətlə danışıqlar aparırlarmı? Mən inanıram ki, onlar İranda milli dövlətin olmadığını və danışıqlar aparmağın mənasız olduğu qənaətinə gəliblər. Buna misal olaraq JCPOA-nı göstərmək olar. Əgər əvvəllər şübhələri varsa, sonradan İranın dövlətdən məhrum olduğuna əmin oldular”, - o vurğulayıb.
Sabiq nazirin fikrincə, qlobal  proseslər elə bir istiqamətə aparır ki, İran bunlara qoşulmamalı və bölgədə neytrallıqdan başqa heç bir mövqe sərgiləməməlidir: “Biz nə  tamamilə Qərbə, nə də Şərqə yönələ bilmərik və ikinci məqam üçün milli hökumətin formalaşdırılmasıdır”.
Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью