Icma.az, Sherg.az portalına istinadən məlumat yayır. Dünya İqtisadi Forumunun növbəti illik toplantısı İsveçrənin Davos şəhərində öz işini d
Sayca 55-ci olan Forum bu dəfə “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında keçirilir.
Forumda 5 əsas istiqamət üzrə müzakirələr təşkil olunacaq: İnkişafın yenidən dizayn edilməsi, İntellektual əsrdə sənayelər, İnsan kapitalına investisiya, Planetin mühafizəsi və Etimadın bərpası.
Dünən ABŞ-da vəzifəsinin icrasına başlayacaq Donald Trampın yanvarın 23-də sammitə onlyan olaraq qoşulması gözlənilir.
Davos İqitsadi Forumu yeganə forumdur ki, dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, eyni zamanda vətəndaş cəmiyyəti liderlərini bir araya gətirir.
Buna görə də təsir və əhatə baxımından Davos İqitsadi Forumu dünyanın ən böyük forumu hesab olunur.
Qeyd edək ki, yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda (WEF)iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gedib.
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifovun “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı olduqca önəmli hadisədir: “Azərbaycan Davosda keçirilən beynəlxalq tədbirdə hər il iştirak edir.