Icma.az, GlobalInfo portalına istinadən məlumat verir. Kinorejissor Ayaz Salayevin son çıxışı müzakirələrə səbəb olub.
O, “Baku Aktual” verilişində rus deyil, məhz türk dilinin Azərbaycan üçün təhlükə vəd etdiyini deyib.
Salayevin bu fikirləri birmənalı qarşılanmayıb. Xüsusilə son günlər ölkədə rus dilinin tədrisi ilə bağlı polemikalar fonunda onun düşüncələr
Türk dili Azərbaycan üçün həqiqətən təhlükədirmi? Globalinfo.az-a danışan sabiq təhsil naziri, türkoloq Firudin Cəlilov deyib ki, “Azərbayca
1992-ci ildə türk dilini yenidən bərpa etdik. Lakin sonra adı dəyişərək elə Azərbaycan dili formasında saxladılar. Bu, böyük yanlış idi.
Hətta nazir olduğum dövrdə dərsliklərin üzərinə “Azərbaycan dili” yox, “türk dili” yazdırırdım”.
Sabiq nazir deyib ki, rus və ingilis dilini də öyrənmək lazımdır: “Xarici dil bilməyin ziyanı yoxdur.
Amma sərhədlər açıldıqdan sonra türk dili də çox dəyişib. Məsələn, Türkiyədə bizim danışdığımız dilə yaxın olan xalq dili var.