Sabiq nazir müavininə yeni vəzifə verilib? Nazirlik susur

17.07.2025

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Bu ilin yanvar ayında vəzifəsindən uzaqlaşdırılan gənclər və idman nazirinin müavini Mariana Vasilevanın hazırda fəaliyyətini davam etdirdiyi bildirilir.
Reytingaz
Pravda.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Vasileva vəzifəsindən kənarlaşdırılsa da, Nazirliyin inzibati binasında tez-tez görüntülənir, müvafiq tapşırıqlar verir.
Mairana Vasilevanın bu günlərdə Nazirlikdə ad gününü qeyd etməsi barədə görüntülər də yayılıb.
Yayılan məlumatların doğru olub-olmadığını aydınlaşdırmaq üçün Gənclər və İdman Nazirliyinə sorğu ünvanlasaq da, iki gün keçməsinə baxmayaraq heç bir mövqe bildirilməyib.
Xatırladaq ki, M.Vasileva 2021-ci ildə gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin edilsə də, 2025-ci ilin yanvarında vəzifəsindən azad olunub. Nazir Fərid Qayıbov isə işdən çıxarıldığı gün Vasileva ilə selfisini paylaşdığı üçün ciddi tənqid edilmişdi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью