Icma.az bildirir, Cebheinfo portalına istinadən.
ABŞ-də uşaqlara qarşı cinsi istismar şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Cefri Epşteynlə bağlı açıqlanan yeni sənədlərə əsasən, Fransanın keçmiş maliyyə naziri və prezidentliyə namizəd Bruno Le Merin Epşteynlə onun evində görüşdüyü məlum olub.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanş Epşteynlə bağlı istintaq çərçivəsində 3 milyondan çox yeni sənədin ictimaiyyətə təqdim edildiyini açıqladıqdan sonra, sənədlərdə diqqət çəkən adlardan biri də Fransanın keçmiş maliyyə naziri Le Mer olub.
Fransanın keçmiş prezidenti Nikola Sarkozinin müşaviri olmuş Oliver Kolom ilə Epşteyn arasında müxtəlif tarixlərdə aparılan elektron poçt yazışmaları, Le Merin Kolom tərəfindən Epşteynlə görüşmək üçün milyarderin evinə aparıldığını göstərir.
Kolom ilə Epşteyn arasındakı yazışmalarda görüşün milyarderə məxsus hansı evdə baş tutduğu qeyd olunmasa da, adının açıqlanmasını istəməyən və "Politicoya" danışan Le Merə yaxın mənbələr keçmiş maliyyə nazirinin 2013-cü ilin sentyabrında Nyu-Yorkda Kolom tərəfindən iş dünyasından olan şəxslərlə tanış edilməsi məqsədilə bir evə dəvət olunduğunu təsdiqləyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin