Sabiq nazirdən Öcalanın çağırışına reaksiya: Yolun açıq olsun, Türkiyəm

28.02.2025

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabiq daxili işlər naziri və AK Partiyanın İstanbuldan deputatı Süleyman Soylu PKK terrorçuların lideri Abdullah Öcalanın tarixi çağırışından sonra maraqlı gözlənilən açıqlama verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu çağırışın Türkiyənin qarşısında əngəl olan  terrorun aradan qalxacağına inam ifadə edib.

"Yolun açıq olsun Türkiyə", - deyə bildirən Soylunun sözlərinə görə, bu, sülhə yol açacaq: "Gəldiyimiz nöqtə bölgəmizin və dünyanın yeni sülh paradiqmasıdır. Ölkəmiz türkü, kürdü, çərkəzi, lazı, bosniyası, ərəbi ilə inşallah daha böyük bir millət olacaq".

Soylunun açıqlamasını aşağıda olduğu kimi təqdim edirik:

Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью