Sabiq nazirdən Vuçiçə çağırış | Icma.az
Icma.az, Ayna portalına istinadən məlumat verir. Bozo Preleviç: “Ekspertlər Hökuməti Serbiyada demokratiyanı bərpa edəcək” “Serbiyada tələbə
AYNA.AZ “Euobserver”ə istinadən xəbər verir ki, bu sözləri Serbiyanın keçmiş daxili işlər naziri Bozo Preleviç deyib.
“Əgər qiyam ekspertlərdən ibarət hökumətin yaradılması və ya ümumi tətil kimi konkret tələblərlə nəticələnərsə, Serbiya Prezidenti Aleksandr Vuçiç təslim olub texnokratik hökuməti qəbul etməli olacaq”, - deyə keçmiş nazir bildirib.
Sabiq nazir qeyd edib ki, davam edən etirazların zəifləyəcəyinə və son nəticədə Serbiyanın hazırkı Prezidentinin istefası ilə nəticələnəcəyinə ümid edir.
Eyni zamanda, Preleviç Vuçiçin zəif nöqtəsinin adi insanlar arasında dəstəyi itirməsi ola biləcəyinə diqqət çəkib.
Vuçiç bundan əvvəl təhlükəsizlik qüvvələrinin Belqradda etirazçılara qarşı səs bombasından istifadə etdiyi müəyyən olunarsa, istefa verəcəyini bildirmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu