SABİQ NAZİRƏ VƏZİFƏ VERİLDİ Rabitə sektorunda dəyişiklik

27.02.2025

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Aztelekom” MMC-nin “Şimal-Şərq” regional filialının müdiri Nazim Əliyev vəzifəsindən azad edilib.

Mia.az "Unikal"a istinadən xəbər verir ki, onun yerinə Rövşən Həmid oğlu Məmmədov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək “Aztelekom” MMC-nin “Dağlıq Şirvan Regional Filialı”nın müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, R.Məmmədov Naxçıvan MR-nın sabiq rabitə və yeni texnologiyalar naziri olub. O, Naxçıvan MR-in Ali Məclisinin sabiq sədri Vasif Talıbovun 2020-ci il martın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью