Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Azərbaycanın sabiq iqtisadi əlaqələr naziri Qüdrət Quliyevin ABŞ-da yaşayan oğlu Murad Quliyevə qiyabi hökm oxunub.
Gununsesi.info-nun xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Murad Quliyev qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar; eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Cinayət işində iddia olunur ki, bloger müxtəlif illərdə sosial media hesablarında
Azərbaycanda “qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar” yayıb.
Firuzə Mahmudova
Gununsesi.info