Icma.az, Mia.az portalına istinadən məlumat yayır. "Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüksenburqd
Keçmiş nazirin həyat yoldaşına məxsus Lüksemburqdakı MERCURY HOLDİNGS Sàrl.
2017-ci ildən bu ilin yanvarına qədər fəaliyyət göstərib və birinci il onun aktivlərinin həcmi 82.3 MİLYON AVRO olub".
Mia.az xəbər verir ki, bu məlumatı jurnalist Cavanşir Həsənli feysbuk-dakı səhifəsində yazıb.
O, yazıya sənədlərdə əlavə edərək bildirib ki, Aliyə Babayeva Britaniyada eyni adlı şirkəti 2023-cü ilin fevralında təsis edib, bu ilin yanvarında Lüksemburqdakı şirkət ləğv olunan kimi Britaniya Şirkətlər Evində yeni şirkətin benefissiarı elan olunub: "Aliyə Babayeva Avropadakı əsas şirkəti üzərindən Gürcüstanın sığorta bazarında aktiv olan JSC PRİME INSURANCE-yə də nəzarət edir.
2023-cü ili əhatə edən son maliyyə hesabatına görə Babayevanın sığorta şirkətinin aktivləri 11 milyon 828 min lari olub".
Xatırladaq ki, Heydər Babayev 2005-2008-ci illərdə iqtisadi inkişaf naziri olub.
Samir MUSAYEV MİA.AZ Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.