Sabiq nazirin mənzili 7 ci dəfə hərraca çıxarılır

11.11.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan mənzili 7-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, hərrac 3 dekabr saat 11:00-da Əmlak Xidmətləri Məkanında baş tutacaq.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti, ev 7A, mənzil 3 ünvanında yerləşən, 61,1 kvadratmetr sahəsi olan mənzil isə satılmadığı üçün avqustun 18-də 6-cı dəfə hərraca çıxarılıb. Dekabrın 3-də 7-ci hərraca çıxarılacaq mənzilin qiymətində heç bir endirim olmayacaq və mənzil 6-cı hərracda olduğu kimi 175 min manata təqdim olunacaq.
Onu da bildirək ki, daha əvvəl Səlim Müslümova məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən, 370,4 kvadratmetr sahəsi olan mənzil 50 faiz endirimlə 5-ci dəfə satışa çıxarılaraq 463 min 125 manata satılıb.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью