Sabiq Neftçi li 1 aydan sonra klubunu dəyişdi

04.03.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

“Neftçi”nin sabiq futbolçusu Gilyerme Pato yenidən komandasını dəyişib.

QOL.az xəbər verir ki, braziliyalı vinger bu ilin yanvarında keçdiyi “Mirassol”dan ayrılıb.

Braziliya B Seriyası təmsilçisi “Amerika Mineyro”nu Patonu heyətinə cəlb edib. Klub bununla bağlı rəsmi açıqlama yayıb. Pato “Amerika Mineyro” ilə 1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, 2022-ci ilin yanvarından 2023-cü ilin fevralına qədər "Neftçi"də oynayan Gilyerme Pato bu müddət ərzində 32 rəsmi matçda meydana çıxıb, 2 qol vurub. O, "Neftçi"dən ayrıldıqdan sonra Braziliyanın C seriyası təmsilçisi "Fiqeyrense"yə keçmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью