Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Neftçi”nin sabiq futbolçusu Reziuan Mirzov açıqlama verib.
Futbolpress.az xəbər verir ki, sol cinah vingeri sentyabrda “Arsenal”a (Tula) keçməsini şərh edib:
“Bir neçə Premyer Liqa klubu ilə danışıq aparmışdım. Amma Rusiya çempionatına baxırdım, o qədər legionerlər var idi ki… Düşünürdüm ki, bəs mən necə oynayacağam? Sonra yaxın dostum Qia Qriqalava zəng etdi və dedi ki, qışa qədər “Arsenal”da oyna. Hər şey anidən baş verdi. Daha əvvəl I Liqadan zənglər olsa da, imtina edirdim, çünki istəyim Premyer Liqada oynamaq idi. Amma hadisələr sonra belə baş verdi”.
Mirzov 2023-cü ilin mayından 2024-cü ilin yanvarına kimi “Neftçi”nin formasını geyinib. O, daha sonra “Ximki” ilə müqavilə imzalamışdı. Bu ilin iyulundan klubsuz olan cinah oyunçusu sentyabrda “Arsenal”a keçib.