Sabiq “Neftçi”li Premyer Liqaya qayıdır ÖZƏL

10.11.2024

Icma.az bildirir, Apasport portalına istinadən.

Azərbaycan milli komandasının sabiq üzvü Araz Abdullayev yenidən Premyer Liqada çıxış edə bilər.

Apasport.az saytına verilən məlumata görə, hazırda “Qaradağ-Lökbatan”da oynayan futbolçuya Premyer Liqadan “Kəpəz” və “Səbail” maraq göstərir.

Belə ki, hər iki klub Abdullayevi qışda toplanışa cəlb etmək niyyətindədir. Son anda dəyişiklik olmasa, hazırda 1-ci Liqada oynayan Abdullayev seçimini edəcək. 
Araz bir müddət əvvəl Lökbatan klubu ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalamışdı. 32 yaşlı futbolçu "Neftçi", "Everton", "Panionios", "Qəbələ", "Anortosis", "Boluspor", "Etnikos", "Sumqayıt", "Llapi", "Zirə" komandalarında oynayıb.

Azər Bağırov: “Heç-heçə barədə düşünmək istəmirik” “Kəpəz” “Sabah” səfərində 1 xal qazandı - YENİLƏNİB Kurban Berdıyev: “Bu gün iki xal itirdik” Elvin Məmmədov: “Bir xal bizi sevindirir” Bayılda qollu bərabərlik - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью