Sabiq “Neftçi”li yenə klubsuz qaldı

17.10.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Neftçi”nin sabiq hücumçusu Dembo Darbo Liviyanın “Əl Əhli” klubundan ayrılıb.

Futbolpress.az xəbər verir ki, qambiyalı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dembo bu ilin yayında “Neftçi”dən ayrılmış və “Əl Əhli” ilə müqavilə imzalamışdı. O, bu klubda oyuna çıxmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью