Sabiq polis rəisi vəfat etdi (FOTO)

13.02.2026

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uzun müddət daxili işlər orqanlarında xidmət etmiş polis polkovniki Mirzə Hacıyev Bakıda dünyasını dəyişib.

Qaynarinfo Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə mərhumun nəvəsi bildirib.

Onun verdiyi bilgiyə əsasən, Mirzə Hacıyev ötən gün günorta saatlarında vəfat edib.

Xatırladaq ki, M.Hacıyev karyerası ərzində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb, bundan əlavə paytaxtın Xətai, Nizami, Səbail və Xəzər rayonlarında polis rəisi kimi fəaliyyət göstərib. 74 yaşlı sabiq polis rəisi 10 il öncə təqaüdə çıxmışdı.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью