Sabiq prezident FİFAnın acgözlükdə ittiham etdi: Mən bir canavar yaratdım

23.11.2024

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Zepp Blatter futbolun müasir inkişaf yolunu bəyənmədiyini etiraf edib.

Qaynarinfo xəbər verir ki, sabiq prezident bu barədə "Watson"a müsahibəsində danışıb.

Onun sözlərinə görə, peşəkar idman həddən artıq kommersiyalaşdırılıb.

"Mən həqiqətən bir canavar yaratdım. 1975-ci ildə inkişaf proqramlarının direktoru kimi ona qoşulanda FİFA kasıb idi. "Adidas" kimi sponsorlar heç nə ödəmirdilər, sadəcə olaraq toplar və formalar bağışlayırdılar. Canni İnfantino 2016-cı ildə prezident olanda özünü pul maşınının işlədiyi yerdə tapdı. İndi o, bunu getdikcə daha da sürətləndirir. Biz futbolun tükəndiyinin şahidi oluruq", deyə Blatter bildirib.

Qeyd edəkki, 2022-ci ilin sonunda İsveçrənin Bellinzona məhkəməsi Zepp Blatter və UEFA prezidenti Mişel Platinini dələduzluqda günahlandırıb. 2015-ci ildə Blatterə qarşı o zaman UEFA-ya rəhbərlik edən Mişel Platiniyə qanunsuz olaraq 2 milyon İsveçrə frankı köçürməkdə şübhəli bilinərək iş açılıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью