Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Braziliya xəstəxanasının reanimasiya şöbəsində olan keçmiş Braziliya prezidenti Jair Bolsonaroya kəskin bağırsaq keçməzliyi diaqnozu qoyulub.
AZXEBER.COM xəbər verir ki, bu barədə "CNN Brasil" tibb müəssisəsinin açıqladığı tibbi bülletenə istinadən məlumat yayıb.
Bildirilib ki, sabiq dövlət başçısının vəziyyəti kliniki baxımdan stabil qiymətləndirilir. Bolsonaru dərman müalicəsini və zəruri tibbi dəstəyi davam etdirir.
Həkimlərin göstərişinə əsasən, keçmiş prezident müvəqqəti olaraq qida qəbul etmir. Onun xəstəxanadan nə vaxt evə buraxılacağı hələ məlum deyil.