GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın sabiq prezidenti Bill Klinton və onun həyat yoldaşı, sabiq dövlət katibi Hillari Klintonun pedofil Ceffri Epşteyn işi ilə bağlı ABŞ Konqresində ifadə verməsi qərarını şərh edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, öz Teleqram kanalında yazıb.
Zaxarova bildirib ki, təqdimat rekonstruksiya mərhələsinə keçməlidir:
“Ümid edirəm, təqdimat rekonstruksiya mərhələsinə keçəcək, yəni təqdimat sadəcə sözlə deyil, faktların canlandırılması və ya detallı şəkildə yenidən göstərilməsi səviyyəsində olacaq”.
Qeyd edək ki, bir müddət öncə Klintonlar ABŞ Nümayəndələr Palatasının Epşteyn işinə nəzarət komitəsinə ifadə verməyə razı olduqlarını açıqlayıblar.
Safura Bənnayeva
Globalinfo.az