Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın keçmiş dövlət başçılarının etiraflarını mütəmadi olaraq eşidirik.
Bu yaxınlarda hay məmləkətinin sabiq prezidenti Levon Ter-Petrosyan 32 il əvvəl azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırım faktlarını etiraf etməsi videosunu izlədik.
O, 1993-cü il "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşü zamanı açıq şəkildə Ermənistan və Qarabağın başqa millətlərdən, yəni azərbaycanlılardan silah gücünə tamamilə təmizləndiyini və bunun "600 illik problem" olduğunu bildirib.
Ermənistanın illər boyu apardığı siyasəti ifşa edəcək Levon Ter-Petrosyanın həmin çıxışı əslində bir çox həqiqətləri təsdiq etdi.
Bütün bunlar ilk deyil. Bunu "Xalq Cəbhəsi"nə siyasi şərhçi Əkrəm Bəydəmirli deyib: " Bəzi faktlara yenidən nəzər salaq.
Vaxtilə ingilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş edib.
Sarkisyan isə baş vermiş hadisələrlə bağlı deyib: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər.