Sabiq prokuror psixiatrik xəstəxanada müalicə olunur Eksklüziv

22.11.2025

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı şəhəri Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov psixatrik xəstəxanada müalicə olunur.

Bu barədə “Yeni Sabah”a məlumatı “Xudafərin” jurnalının baş redaktoru, Azərbaycan Dostları Cəmiyyətinin sədri Elman Mustafazadə verib.

Onun sözlərinə görə Mahir Cavadovun ailəsi və Azərbaycandakı qohumları ilə əlaqəsi yoxdur.

E.Mustafazadə sabiq prokurorun 1995-ci ildən mühacirətdə olduğu Avstriyanın Zalsburq şəhərindəki psixatriya xəstəxanasında bir ildən artıqdır müalicə aldığını deyib.

Xatırladaq ki, M. Cavadov keçmiş XTPD-nin ("OMON") rəhbəri Rövşən Cavadovun qardaşıdır.

İlhamə Qasımlı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью