Sabiq prokurorun oğlu intihar etdi

06.03.2025

Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünən axşam saatlarında Sabunçu rayonu Pirşağı qəsəbəsində intihar hadisəsi baş verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Nizami Həsənov qəsəbədəki evində özünü asıb.

Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Bildirilir ki, intihar edən Nizami Həsənov əvvəllər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış, bir neçə il əvvəl təqaüdə çıxmış prokuror Namiq Həsənovun oğludur.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью