Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Naxçıvan Dövlət Universitetində uzun illər elmi-pedaqoji fəaliyyət göstərmiş kimya elmləri namizədi, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi Zərifə Əli qızı Nəcəfova vəfat edib.
Bakıvaxtı.az-ın məlumatına görə, Z.Nəcəfova 91 yaşında dünyasını dəyişib. O, Naxçıvan Dövlət Pedaqoji İnstitutunda, sonralar Naxçıvan Dövlət Universitetində müəllim, kafedra müdiri və prorektor vəzifələrində çalışıb.
Uzun illər ərzində ali təhsilin inkişafına, elmi-pedaqoji mühitin formalaşmasına və gənc nəslin yetişdirilməsinə mühüm töhfələr verib.