Sabiq Qalatasaray lı yenidən Türkiyədə

20.07.2025

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə futbolunun tanınmış simalarından olan Henri Onyekuru, karyerasını yenidən Süper Liqada davam etdirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, nigeriyalı hücumçu "Gənclərbirliyi" ilə böyük ölçüdə razılıq əldə edib və yaxın günlərdə Ankara təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Öz sürəti və texnikası ilə seçilən futbolçu, Süper Liqada ümumilikdə 70-dən çox oyuna çıxaraq 20-dən artıq qol və bir çox məhsuldar ötürmə ilə yadda qalıb.

Son mövsümdə Səudiyyə Ərəbistanının "Əl Fayha" klubunda çıxış edən futbolçu, zədələr və oyun şansı azlığı səbəbilə istədiyi performansı göstərə bilməmişdi.

Qeyd edək ki, Onyekuru daha öncə Türkiyədə "Qalatasaray" və "Adana Demirspor" kimi klublarda çıxış edib.

Kamil Xudiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью