Sabiq Qalatasaray lının heykəli ucaldıldı Şəkil

02.02.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabiq "Qalatasaray"lının heykəli ucaldıldı - Şəkil

Kolumbiyalı tanınmış hücumçu, hazırda "Millonarios"da çıxış edən Radamel Falkaonun şərəfinə heykəl ucaldılıb.

QOL.az  xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, ulduz futbolçunun doğma şəhəri Santa Martada ucaldılan abidə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Heykəlin xarici görünüşü azarkeşlərin diqqətini çəkib və fotolar sürətlə yayılıb. Heykəlin hündürlüyü təxminən 180 sm, çəkisi isə 180 kq-dan çoxdur.

Xatırladaq ki, futbolçu karyerası ərzində "River Pleyt", "Portu", "Atletiko", "Monako", "Mançester Yunayted", "Çelsi", "Qalatasaray" və "Rayo Valyekano" kimi klubların şərəfini qoruyub. O, 2007-2023-cü illərdə Kolumbiya yığmasının uğurları üçün çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью