Sabiq Qalatasaraylı 45 yaşında karyerasını bitirib

04.12.2024

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaponiya millisinin sabiq üzvü Juniyti İnamota karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, son olaraq ölkəsində "Nankatsu" klubunda çıxış edən 45 yaşlı yarımmüdafiəçi keçirdiyi mətbuat konfransında qərarını açıqlayıb.

O, artıq komandasına fayda verə bilməyəcəyini hiss etdiyini və buna görə karyerasını bitirdiyini bildirib.

Qeyd edək ki, 2006-2007 mövsümündə "Qalatasaray"da çıxış edən İnamota Avropada "Vest Bromviç", "Kardiff", "Ayntraxt" (Frakfurt) və "Renn" klublarında da oynayıb. 

Lautaro Martinez ən yaxşı adına layiq görülüb Runi Çempionşip klubundan qovula bilər "Beşiktaş"da prezident seçkilərinin tarixi açıqlanıb İspaniya klubunda baş məşqçi dəyişikliyi PSJ futbolçusu ilə müqaviləni uzadacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью