Sabiq “Qalatasaray”lı karyerasını başa vurur

12.11.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qalatasaray”ın sabiq qapıçısı Fernando Muslera peşəkar futbolçu karyerasını bitirmək qərarına gəlib.

Futbolpress.az xəbər verir ki, “El Espectador Deportes” nəşrinin məlumatına görə, hazırda Argentinanın “Estudiantes” klubunun şərəfini qoruyan 40 yaşlı uruqvaylı qolkiper Libertadores Kubokunun finalından sonra futbolla vidalaşacaq. Noyabrın 28-də Braziliyanın “Palmeyras” komandasına qarşı keçiriləcək həlledici görüş Musleranın doğma Montevideodakı “Sentenario” stadionunda son matçı olacaq.

Qeyd edək ki, təcrübəli qapıçı yarımfinalda “Flamenqo” ilə oyunun penaltilər seriyasında 3 zərbəni dəf edərək “Estudiantes”in finala yüksəlməsində əsas pay sahibi olub. O, 2011–2025-ci illərdə formasını geyindiyi “Qalatasaray”la 8 dəfə Türkiyə çempionluğunu qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью