Sabiq “Qalatasaray”lı Meksikada özünə iş tapdı

07.05.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qalatasaray”ın sabiq baş məşqçisi Domenek Torrentin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Meksika təmsilçisi “Atletiko de San Luis”lə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan mütəxəssislə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Torrent daha əvvəl “Barselona”, “Mançester Siti” və “Bavariya”da məşqçilik edib. O, sözügedən komandalarda baş məşqçi Xosep Qvardiolanın köməkçisi olub. Mütəxəssis 2022-ci ildə “Qalatasaray”a rəhbərlik edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью