Sabiq “Qalatasaray”lı saxlanılıb NARKOTİKƏ GÖRƏ

18.09.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Bakırköy Baş Prokurorluğunun narkotik vasitələrlə bağlı apardığı istintaq çərçivəsində əməliyyat keçirilib.

Apasport.az xəbər verir ki, əməliyyat zamanı barələrində saxlanılma qərarı verilən 18 şübhəlidən 15-i tutulub.

Saxlanılanlar arasında "Qalatasaray"ın sabiq futbolçusu Hasan Şaşla da yer alıb.

Prokurorluğun məlumatına görə, bəzi şübhəlilərin narkotik və psixotrop maddələrdən istifadə etməsi, onların istifadəsini asanlaşdırması və ya bu məqsədlə məkan təmin etməsi ilə bağlı əsaslı şübhələri dəstəkləyən sübutlar əldə edilib.

Sentyabrın 18-də şübhəlilərin saxlanılması, yaşadıqları ünvanlarda axtarış aparılması və bioloji nümunələrinin götürülməsi barədə qərar verilib.

Qeyd edək ki, Hasan Şaş 1998-2009-cu illərdə “Qalatasaray”ın formasını geyinib. O, klub karyerasında 446 oyunda 49 qol vurub, 108 məhsuldar ötürmə edib.

Alonso Pedro haqda: “Gələcəkdə mütləq millidə çıxış edəcək” Günün oyunları bu kanallarda - TV AFİŞA “Beşiktaş”dan Avropada möhtəşəm start - VİDEO “Barselona”da ciddi itki İstanbulda keçiriləcək İspaniya Superkubokunun stadionları açıqlanıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью