Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabiq “Qarabağ”lı Meksika çempionatında ilk qolunu vurdu - Video
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
“Qarabağ”ın sabiq futbolçusu Juninyo Meksika çempionatında ilk qolunu vurub.
QOL.az xəbər verir ki, 29 yaşlı braziliyalı hücumçu yeni komandası “Pumas”ın heyətində ikinci matçına çıxıb.
O, 3-cü turda “Leon”a qarşı ev oyununun 52-ci dəqiqəsində meydana daxil olub. 1:1 hesabı ilə yekunlaşan görüşün 75-ci dəqiqəsində Juninyo bərabərlik qolunu vurub.
Hazırda “Pumas” komandası 3 turdan 5 xalla 7-ci yeri tutur.