Sabiq “Qarabağ”lı Muradla komanda yoldaşı oldu

12.07.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Sami Mmae karyerasına “Pafos”da davam edəcək.

Futbolpress.az xəbər verir ki, müdafiəçinin müqavilə ilə məxsus olduğu Zaqreb “Dinamo”su onu Kipr təmsilçisinə icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mmae 2026/27 mövsümünü “Pafos”da keçirəcək.

Kipr klubunda azərbaycanlı futbolçu Murad Məmmədov da çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью