futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia Şahruddin Məhəmmədəliyevə hədiyyə göndərib.
Futbolpress.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi keçmiş komanda yoldaşına fransalı qolkiper Mayk Menyanın imzalı formasını hədiyyə edib. Bu barədə Şahruddin instaqram hesabında paylaşımında bildirib.
Benzia hazırda Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Feyha”da çıxış edir. O, 2023-2025-ci illərdə “Qarabağ”da forma geyinib.