Sabiq “Real”lının yeni ünvanı bəlli olub

14.01.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kolumbiya millisinin və “Real Madrid”in sabiq futbolçusu Xames Rodriqezin yeni ünvanı bəlli olub.

Apasport.az xəbər verir ki, “Rayo Vallekano” ilə müqaviləsinə xitam verilən ulduz oyunçu karyerasını Meksikada davam etdirəcək.

Meksika Liqası komandalarından “Klub Leon” 33 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalayıb.

Razılaşmaya əsasən, Xames ilinə 2 milyon dollar maaş alacaq.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Real Madrid”, “Bavariya”, “Everton” və “Olimpiakos” kimi klubların şərəfini qoruyub.

Ziyeş "Napoli"nin hədəfində "Fənərbaxça"dan vacib 3 xal Çalhanoğlu zədələnib - "İnter"də şok itki "Fənərbaxça"da ciddi itki "Bornmut"un futbolçusu "Valensiya" yolunda
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью