Sabiq rektor bu universitetdə çalışır

11.02.2025

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ləğv edilən Naxçıvan Universitetinin rektoru Anar Kazımov fəaliyyətini yenidən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) davam etdirəcək. 

Qaynarinfo-nun məlumatına görə, Anar Kazımov UNEC-in "Beynəlxalq iqtisadiyyat və biznes" kafedrasının dosenti kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, 2023-2024-cü illərdə Naxçıvan Universitetinin rektoru olub. Bundan əvvəl UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru olub.

Xatıradaq ki, Kazımov Anar Altay oğlunun rektoru olduğu "Naxçıvan” Universiteti MMC ötən ilin avqust ayında ləğv olunduğunu elan edib.     

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью