Sabiq vəkil Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam edildi

02.03.2026

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, məhkəmədə artan iş yükü ilə əlaqədar hakimlərin sayının artırılması barədə qərar qəbul edilib. Bu məqsədlə Salyan Rayon Məhkəməsinin hakimi Məmmədli Ənnağı Əbdül oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinə ezam olunub.

Qeyd edək ki, uzun illər vəkillik fəaliyyəti ilə məşğul olan Ənnağı Məmmədli 2023-cü ilin yanvar ayında Salyan Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. Onun ezam olunması məhkəmədə artan iş yükünün daha operativ və effektiv şəkildə icrasına xidmət edəcək.

Aydın


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью