Sabiq vəzifəli şəxs vəfat etdi

23.11.2026

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Cəlilabad rayonunda sabiq vəzifəli şəxs vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qılınc Məmmədov 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Q. Məmmədov 1938-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. O uzun illər ərzində müxtəlif məsul vəzifələrdə çalışıb. 27 yaşında Azərbaycanda ən gənc sovxoz direktorlarından biri təyin olunan Qılınc Məmmədov sonrakı 28 il ərzində sovxoza rəhbərlik edib.

Daha sonra o, Ekologiya Nazirliyinin regional idarəsinə rəhbərlik edib, eləcə də nazirliyin şöbə müdirinin müavini kimi çalışıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью