Sabiq xanım deputat İSTEFA VERDİ

18.09.2025

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.

Modern.az-ın məlumatına görə, DAF Prezidenti Jalə Əhmədova, 1-ci vitse-prezident Könül Nurullayeva, Vitse-prezident Anar Qurbanov, İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuzə İskəndərova, Katibliyin rəhbəri Tünzalə Əzimova istefa qərarı veriblər. 

Azərbaycan nümayəndəliyində istefa qərarı verənlər isə aşağıdakı şəxslərdir:

 • Prezident – Fuad Quliyev

 • 1-ci vitse-prezident – Mehman Səfərov

 • Vitse-prezident – Davud Davudov

 • Könüllülərlə iş departamentinin rəhbəri – Jalə Məmmədova

İstefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью