Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çetin xəstəxanaya yerləşdirilib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınçış siyasətçi İzmirdə oteldə qaldığı zaman qəfildən halı pisləşib.
O, dərhal xəstəxanaya çatdırılıb və H.Çetinin beynində qan laxtalandığı məlum olub.
88 yaşlı sabiq CHP liderinin səhhətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, Hikmət Çetin bir neçə ay Cümhuriyyət Xalq Partiyasına (CHP) rəhbərlik edib, 1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri, daha sonra müxtəlif vəzifələrdə çalışıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.