Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Elmar Məmmədyarov: ABŞ şirkətinin dəhlizə nəzarəti konteksində Rusiya sərhədçiləri ilə necə təmasda olacaqları müəmmalı olaraq qalırErmənistan Zəngəzur dəhlizini ABŞ şirkətinə verməyə razılaşdığı iddia edilir.Bu barədə İspaniyanın "Periodista Digital" saytının dərc etdiyi məqalədə deyilir.Məqalədə Azərbaycan, Ermənistan və ABŞ arasında gizli memorendum imzalandığı iddia olunur.
İddia müəllifləri Fransadakı erməni diaporunun bir üzvünə istinad edirlər.Belə ki, memorendumda Zəngəzur dəhlizinin açılacağı və bu dəhlizin "Tramp körpüsü" adlandırılacağı bildirilir.
Bundan əlavə, ABŞ özəl hərbi şirkətinin 1000-ə yaxın əməkdaşının Ermənistana yerləşdiriləcəyi qeyd olunur.Erməni diasporunun sifarişi ilə yazıldığı aydın olan məqalə Ermənistanın siyasi rəhbərliyinin iddia edilən memorendumu "milli xəyanət", İran və Avropa Birliyi əleyhinə atılmış addım hesab edir.Halbuki, Zəngəzur dəhlizinin və ümumilikdə regiondakı kommunikasiya xətlərinin açılmasının Azərbaycan və Ermənistan başda olmaqla bütün regional və qlobal güclərin marağındadır.
Məqalə müəllifləri isə bu real vəziyyəti görmək istəməyərək erməni diaposrunun çirkin məqsədlərini yerinə yetirirlər.
Diasporun xəstə təxəyyülü və neofaşist mahiyyəti bu məqalədə də özünü göstərir.Sabiq Xarici İşlər Naziri Elmar Məmmədyarov “Sherg.az”a bildirib ki, Prezident İlham Əliyev lll Şuşa Qlobal Media forumunda "Dəhlizə hansı şirkətin nəzarət edəcəyi Ermənistanın daxili məsələsidir" deyib:“Lakin burda əsas məsələ təhlükəsizlikdir.
Yəni Azərbaycandan Naxçıvana gedəcək yükləri birmənalı şəkildə göndərmək olar. Amma vətandaşların təhlükəsizliyi vacib məsələ olaraq qalır.
Ona görə də Prezident söylədi ki, biz Azərbaycan vətəndaşının erməni gömrükçü ilə üz-üzə gəlməsini istəmirik.