Sabirabad sakini 87 yaşlı anasını güllələyərək yaralayıb, özünü isə öldürüb

28.08.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Sabirabad sakini anasını güllələyərək yaralayıb, özünü isə öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib.

Həmin kəndin sakini, 1970-ci il təvəllüdlü İsayev Malik Xanlar oğlu anası Nizami kənd sakini, 1938-ci il təvəlüdlü Hüseynova Səbiyyə Astan qızına arxadan ov tüfəngi ilə atəş açaraq yaralayıb. Daha sonra özünü güllələyərək öldürüb.

S.Hüseynova Şirvan xəstəxanasına çatdırlaraq əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью