Sabirabad sakini qonşusu tərəfindən bıçaqlanıb

29.03.2025

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Sabirabadda 27 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad şəhərində baş verib.

Belə ki, Sabirabad şəhər sakini, 1998-ci il təvəllüdlü Ramazanov Elnur Hümbət oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb.

Ağır vəziyyətdə Şirvan şəhər xəstəxanasına yerləşdirilən yaralı sinə və yan nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью