Sabirabad sakinindən odlu silah və narkotik götürüldü

13.01.2025

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Vüqar Müxtarov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, adıçəkilən şəxsdən 6 kiloqram narkotik vasitə marixuana, 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus patron darağı və 10 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, V.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью