Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sabirabad rayonunda yaşayan vətəndaş Təcili Tibbi Yardım (TTY) maşınlarının çağırışlara gəlməməsindən narazılıq edib. Oxu.
az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Məlumata görə, təcili yardıma ehtiyacı olan vətəndaş 103 xidmətinə zəng edib kömək istəsə də, dispetçerlər tərəfindən TTY maşınlarının çağırışda olduğu bildirilib.
Lakin xəstəxanaya üz tutan narazı vətəndaş başqa mənzərə ilə rastlaşıb: "Mənə deyirlər ki, TTY maşını yoxdur, amma səkkiz maşın dayanıb xəstəxananın həyətində", - deyə şikayətçi bildirib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabirabad rayonu üzrə təcili tibbi yardım stansiyasında videomaterialı lentə alan şəxsin müraciəti zamanı bütün briqadalar digər çağırışların icrası ilə məşğul olub.
"Videgörüntünü qeydə alan şəxs 20 yanvar saat 19:41-də təcili tibbi yardıma "xəstəmiz var" səbəbilə müraciət edib, elə həmin anda da çağırışdan imtina edib.
Daha sonra isə stansiyanın həyətinə daxil olaraq çəkiliş aparmağa başlayıb.