Sabirabadda 15 yaşlı qız özünü asıb

01.04.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Sabirabadda 15 yaşlı qız intihar edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Ətçələr kəndində qeydə alınıb.

Kənd sakini, 2010-cu il təvəllüdlü Ə.Z. özünü yarımtikilidə asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью