Sabirabadda 15 yaşlı yeniyetmə bıçaqlandı

15.01.2025

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabirabadda 15 yaşlı yeniyetmə bıçaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Osmanlı kəndində baş verib.

Aralarında yaranmış mübahisə zamanı Sabirabad rayonunun Osmanlı kənd sakini, 2009-cu il təvəllüdlü Bəybala Novruzov həmyaşıdı tərəfindən bıçaqlanıb.

Yeniyetmə sol budunun kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью