Icma.az bildirir, Lent az portalına istinadən.
Sabirabadda evlənmək məqsədilə qaçırıldığı bildirilən yeniyetmə qızın və oğlanın yeri məlum olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, noyabrın 19-da Cavad kənd sakini, 17 yaşlı oğlanın 15 yaşlı qızı evlənmək məqsədilə qaçırması ilə bağlı qızın atası polisə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində qız və oğlan kənd ərazisində tapılaraq valideynlərinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.