Sabirabadda 31 min 587 ton pambıq istehsal edilib

18.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

Sabirabad rayonunda indiyədək 31 min 587 ton pambıq istehsal olunub.

Bu barədə “Report”un Aran bürosuna Sabirabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib.

Məlumata görə, pambıq sahələrinin hər hektarından hələlik 24 sentner məhsul götürülüb.

Qeyd edək ki, bu il rayonda pambıq yığımına 50 pambıqyığan maşın cəlb edilib. Lakin son vaxtlar havaların qeyri-sabit keçməsi məhsul yığımında çətinliklər yaradıb. Yer yaş olduğundan pambıqyığan maşınlar sahələrə girə bilmir. Tarlalarda xeyli məhsul qalıb.

Bununla belə rayonda məhsul yığımı davam edir.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью