Sabirabadda 42 yaşlı kişinin başını kəsdilər Həmkəndlisi saxlanıldı

15.09.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


Sabirabad rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Bakupost.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlu qətlə yetirilib.

Məlumata görə, qətlə yetirilən şəxsin başı bədənindən ayrılıb.

Qətli törətməkdə şübhəli bilinən rayonun Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью